Mobil versiya
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Tarix: 16-05-2021 | Saat: 15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir

Azərbaycan Mərkəzi Bankı yerli bankların informasiya təhlükəsizliyinin artırılması üzrə qaydalar hazırlayır.

Bunu Mərkəzi Bankın İnformasiya texnologiyaları departamenti rəhbərinin müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə yaradılmış xüsusi qrup ölkədə yeddi bankın informasiya təhlükəsizliyinin qiymətləndirilməsini keçirib.

Bundan başqa, banklara informasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələr ünvanlayıb.

A.Quliyev bildirib ki, qaydalar hazırlanarkən Avropa ölkələri, Türkiyə, Sinqapur, Rusiya, Qazaxıstan və Böyük Britaniyanın mərkəzi banklarının təcrübələri tətbiq olunur.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024