Mobil versiya
Diş əti xəstəliklərinin diaqnostikası və müalicəsinə həsr olunmuş konfrans keçirilib
Tarix: 16-05-2021 | Saat: 11:40
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Diş əti xəstəliklərinin diaqnostikası və müalicəsinə həsr olunmuş konfrans keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diş əti sağlamlığına həsr olunmuş onlayn konfrans keçirilib.

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, konfrans yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə dişlər və implantlar ətrafında diş əti xəstəlikləri, diş əti sağlamlığının qorunub saxlanması və erkən diaqnostikasının vacibliyi ilə yanaşı ürək-damar xəstəlikləri, şəkərli diabet və hamiləlik arasındakı əlaqələri ön plana çıxararaq gündəmə gətirmək məqsədi daşıyırdı.

Tədbirdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli “Diş əti xəstəliklərinin diaqnostikası və müalicəsi” mövzusunda məruzə ilə çıxıb edib.

Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti Hənifə Musayeva Avropa Parodontologiya Federasiyasının həssas dişlər, nəfəsin xoşagəlməz qoxusu, laxlayan dişlər və siqaret istifadəsi kimi amillərin diş əti xəstəliyinin əlaməti olması barədə və stomatoloqa ziyarətin əhəmiyyətini göstərən dörd ədəd qısa animasiya filmi və posterlər təqdim olunub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024