Mobil versiya
“Vikipediya”nın gürcü dili bölməsi Azərbaycanla bağlı məqalələrlə zənginləşdirilir
Tarix: 15-05-2021 | Saat: 13:51
Bölmə:Təhsil | çapa göndər

“Vikipediya”nın gürcü dili bölməsi Azərbaycanla bağlı məqalələrlə zənginləşdirilir

“Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılması daim diqqətdə saxlanılır. Xaricdə yaşayan gənclərimiz də onlayn ensiklopediyada ölkəmizlə bağlı müxtəlif dillərdə məqalələrin yaradılmasında fəal iştirak edirlər. Belə ki, Gürcüstanın Marneuli rayonunda “İnkişaf və Təhsil” Mərkəzinin nəzdində fəaliyyət göstərən “Vikipediya” klubunun yeni qrupu “Qorqud” Vikipediya Metodik Klubunun onlayn təlimlərində iştirak ediblər.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, təlimlərin keçirilməsində əsas məqsəd "Vikipediya"nın gürcü dili bölməsində Azərbaycanla bağlı məqalələrin zənginləşdirilməsini etibarlı, əsaslı mənbələrlə yaratmaqdır. “Vikipediya” üzrə qrupun üzvləri təlimlərə böyük maraq göstərir və həvəslə iştirak edirlər. İştirakçılar əsasən gənclərdən təşkil olunub. “Vikipediya”nın prinsiplərinə uyğun fəaliyyət göstərmək üçün təlimdə iştirak edənlərə maksimum qaydalar öyrədilir. Çünki onlayn ensiklopediyada məqalə yaratmaq və ya yaradılmış məqalələri redaktə etmək faydalı, eyni zamanda, məsuliyyətli işdir. Həm də məqalələr qaydalar çərçivəsində yaradılarsa və redaktə olunarsa, səliqəli, məzmunlu və maraqlı olar.

Qeyd edək ki, təlimlər Milli Məclisin deputatı Elnur Allahverdiyevin, “İnkişaf və Təhsil” Mərkəzinin sədri Emin Əhmədovun təşəbbüsü ilə keçirilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024