Mobil versiya
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
Tarix: 15-05-2021 | Saat: 11:32
Bölmə:Ölkə | çapa göndər

YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib

Müqəddəs Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatında qurbanlar kəsilib və Səbail rayonu ərazisində xüsusi qayğıya ehtiyacı olan 101 ailəyə, o cümlədən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə, Birinci Qarabağ müharibəsinin şəhid ailələri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələrə, əlil vətəndaşlara və tənha ahıllara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırılıb.

Sosial aksiya çərçivəsində rayon partiya təşkilatının fəal gəncləri Səbail rayonunun şəhidlərinin və qazilərinin ailələrini ziyarət ediblər, ailə üzvlərinin gündəlik qayğıları ilə maraqlanıblar. Həmçinin Səbail rayonunun Birinci Qarabağ müharibəsinin şəhid ailələri və veteranları ilə görüşlər təşkil olunub. Tənha ahıllar, xəstələr, kimsəsizlər, eləcə də Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələr, əlil vətəndaşlar evlərində ziyarət olunub və onlara qurban payları çatdırılıb.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə