Mobil versiya
Lütvəli Şıxəliyev: “Şuşada keçirilən “Xarı Bülbül” festivalı Azərbaycanın Qarabağ Zəfərinin mədəniyyət sahəsində davamıdır”
Tarix: 15-05-2021 | Saat: 10:06
Bölmə:Siyasət | çapa göndər

Lütvəli Şıxəliyev: “Şuşada keçirilən “Xarı Bülbül” festivalı Azərbaycanın Qarabağ Zəfərinin mədəniyyət sahəsində davamıdır”

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 12-13 may tarixlərində Heydər Əliyev Fondunun Şuşada Cıdır düzündə təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Bu tarixi hadisəyə münasibət bildirən ictimaiyyət nümayəndələri 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunmasının böyük önəm daşıdığını vurğulayır, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamı olduğunu qeyd edirlər.

“Şuşada uzun fasilədən sonra keçirilən Xarıbülbül musiqi festivalının bizə böyük qələbəni canları və qanları ilə bəxş edən şəhidlərimizin əziz xatirəsinə həsr olunmasında da rəmzilik var. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki Şuşa başda olmaqla tarixi torpaqlarımız azaddır. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi böyük əhəmiyyət kəsb etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin festivalın açılış günündə dediyi kimi, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq, əks təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. – bu sözləri Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev mətbuata verdiyi bayram müsahibəsində söyləmişdir: - İslam dininin Azərbaycan xalqının milli kimliyinin, mədəniyyətinin formalaşmasında müstəsna yeri var. Şuşa şəhəri isə Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb”.

L.Şıxəliyev Xarıbülbül” festivalı keçirilməsinin və Yuxarı Gövhər ağa məscidində bayram namazı qılınmasının, yeni məscidin təməlinin qoyulmasının tarixi və rəmzi mənalar daşıdığını qeyd edib: “Bu hadisə bir daha Şuşanın Azərbaycan tarixi, irsi, mədəniyyəti üçün müstəsna əhəmiyyətə malik olduğunun ifadəsidir. Xüsusən festivalın ikinci günü Azərbaycan incəsənətinin, musiqi xadimlərinin çox möhtəşəm çıxışı, Azərbaycanda yaşayan müxtəlif millətlərin musiqisinin, mədəniyyət nümunələrinin məhz həmin millətlərin təmsilçiləri tərəfindən təqdim olunması Azərbaycanda tolerantlığın, multikultiralizmin ən yüksək səviyyədə olmasının növbəti dəfə dünyaya möhtəşəm nümayişi idi. Bu festivalın keçirilməsinin rəmzi mənalarından biri də Şuşada doğulan, Şuşada dəfn olunan böyük mədəniyyət, sənət adamlarının ruhuna bir hesabat idi. Azərbaycan cəmiyyəti üçün, dünya üçün, qonşular üçün, dostlar və dost olmayanlar üçün çox ciddi bir mesaj idi ki, Şuşa Azərbaycanın ruhu, Azərbaycan mədəniyyətinin beşiyi, qürurudur, onun heysiyyatıdır. Ermənilər nə qədər çalışsalar da, binaları, məscidləri, tarixi abidələri dağıtsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu”.

Hakim partiya təmsilçisi həmçinin builki “Xarıbülbül” festivalının Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildiyini qeyd etmişdir: “Bildiyimiz kimi, işğalçı ölkənin rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərmişlər. Lakin 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi”.
YAP funksioneri atılan bu addımları ölkə Prezidenti Cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin çox gözəl və parlaq epizodu kimi qiymətləndirildiyini dilə gətirib: “Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında dövlət başçısı demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Cəmi beş il keçdi və bu gün Prezidentin dedikləri həyata keçir, reallaşır. Ötən il mənfur qonşularımız orada yallı gedirdilər. Builki xoşbəxtliyə görə müzəffər ordumuza, şəhidlərimizin ruhuna, qazilərimizə, Ali Baş Komandana borcluyuq. Bizim hər birimiz bir vətəndaş olaraq bacardığımızı etməliyik ki, ölkəmizin uğurlarının davamlı və əbədi olsun. İnanıram ki, rəhmətlik Pənahəli xan tərəfindən təməli qoyulan Şuşanın 270 yaşının tamam olacağı gələn il keçiriləcək “Xarıbülbül” festivalı bundan da möhtəşəm, daha çox insanların qatıldığı bir möhtəşəm tədbir olacaq”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025