Mikayıl Cabbarov Heydər Əliyevin 102 illiyi ilə bağlı paylaşım edib
Tarix: 10-05-2025 | Saat: 09:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Ümummilli lider Heydər Əliyev xalqını çətin və taleyüklü sınaqlardan uğurla çıxaran, ölkəmizin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətdir".
aia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ili münasibətilə etdiyi paylaşımda qeyd edib.
O bildirib ki, Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimiz möhkəmləndi, bugünkü güclü və müasir Azərbaycanın təməli qoyuldu:
"Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkəmizin dinamik yüksəlişinin əsasını təşkil edir. Bu strateji xəttin bünövrəsində dayanan milli dövlətçilik amalları hər birimiz üçün zəngin örnəkdir. Ulu öndər Heydər Əliyevi 102-ci ildönümündə ehtiramla anır, əziz xatirəsini dərin hörmətlə yad edirik".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-05-2025
09-05-2025