Mobil versiya
"Kərimin ailə quracağı xanım mənə hədə-qorxu gəlir" - Mətanətin gəlinindən iddia
Tarix: 12-05-2021 | Saat: 10:56
Bölmə:Şou-biznes | çapa göndər

"Kərimin ailə quracağı xanım mənə hədə-qorxu gəlir" - Mətanətin gəlinindən iddia

Uzun müddətdir ki, əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasında qalmaqal bitmək bilmir.

AİA.Az big.az-a istinadən bildirir ki, Mətanət koronavirusa yoluxan zaman Canana sosial media hesabında keçmiş qayınanası ilə fotosunu paylaşaraq izləyicilərdən ona dua etmələrini xahiş edib. Lakin izləyiciləri onun bu addımını bir mənalı qarşılamadılar. Bununla bağlı Canana yenə də sosial media hesabında açıqlama yayıb:

"Komentlərinizi oxuyub inanın düşünürəm necə də qınayırsız, mən sadəcə dua edib şəfa istədim demədim ki,mən bağışlayıram. Mən balalarıma əziyyət verən insanı heç bir vaxt bağışlamaram. Bəli, mənim balalarım bu günkü gündə evsizdir. Mətanət xanımın oğlunun artıq ailə həyatı quracağı namizədi mənə zəng vurub hədə qorxu gəlir, deyir "3 uşağını 500 manat alimentlə dolandır". "Onları artıq evlə bağlı müraciyyət edib narahat etmə". Sizcə haqq budur? 21 il o ailədə gəlin olmuşam. 8 il nişanlı 12 il gəlin. Bu uşaqlar sizin fikrinizcə evsiz qalmalıdılar? Sualım məni qınayanlaradır. Onsuz da bilirsiz ki, pulsuz heç bir məhkəmədə qalib ola bilmirsən. Haqqlı olsanda haqsız çıxardırlar. Buraxıram zamanın öhdəsinə. Zaman hər bir şeyin dərmanıdır".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024