Mobil versiya
Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98–ci il dönümünə həsr olunmuş tədbir keçirildi
Tarix: 08-05-2021 | Saat: 15:41
Bölmə:Təhsil | çapa göndər

Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98–ci il dönümünə həsr olunmuş tədbir keçirildi

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98–ci il dönümü ilə əlaqədar Microsoft Teams platforması üzərindən onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru dosent Ruslan Həmidov açaraq Ulu Öndərin və şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdi.

Direktor geniş məruzəsində vurğuladı ki, Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr potensialının yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm.Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”. Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu. XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub.

Məruzə üçün söz Kollecin “Aqrar və Texnoloji” şöbəsinin müdiri Dəyanət Əskərova verildi. “Böyük dövlətçilik təməlinin uğurlu nəticələri” adlı məruzə ilə çıxış edən natiq bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderimizin müstəsna yeri var. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi Lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Cənab İlham Əliyevin ölkəmizin daha da inkişaf etməsi yolunda uğurlu və qətiyyətli addımlarıyla bu təməl prinsiplər daha üst arenaya – beynəlxalq müstəviyə ən yüksək keyfiyyətlərlə nüfüs etdirilməkdədir. Bir də nəticə odur ki, xalqımızın Unudulmaz Liderinin uzaqgörən siyasəti, misilsiz idarəçilik qabiliyyəti, çox gərgin əməyinin məhsulu olan bu inkişaf meyarları, bu gün Ölkəmizin bütün sahələrdə davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. 44 günlük Vətən müharibəsindəki Xalq–Dövlət–Ordu birliyimiz isə bu təməl prinsiplərin layiqli şəkildə həyata keçirilməsinin bir növ sübutu, parlaq ideyaların xoşbəxt sonluğu, Şərəf və ləyaqətimizin baş tacı, hədəflənən bütün strateji planların yönləndirilən məntiqi yekunu; Azərbaycanlı kimdir?! deyə maraqla izləyən bütün bəşəriyyətə Heydər Əliyev cavabıdır. Böyük mütəfəkkir fədakar əməyi, yorulmadan icra etdiyi vətən xidmətləri, dəyərlərimizə dəyər qatan misilsiz mədəniyyət kübarlığıyla qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.

Sonra Çıxış üçün söz Kollecin “Azərbaycan dili, ədəbiyyat və xarici dillər” FBK-nın sədri Ülkər Bəşirovaya verildi. “Heydər Əliyev və ədəbi dəyərlərimiz”dən danışan FBK sədri əlavə etdi ki,XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.

Daha sonra Kollecin Tələbə Gənclər Təşkilatının sədri, III kurs tələbəsi Elnarə Miriyeva ”Heydər Əliyev və Azərbaycan gəncliyi” haqqında ətraflı məlumat verərək qeyd etdi ki, Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Yalnız Azərbaycanda deyil, bütün dünyada bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəslənilib.

“Ulu Öndər Ulu sərkərdə” adlı şer parçası ilə Kollecin tələbələri Fidan Dadaşzadə, Ləman Quliyeva və Aytac Əliyevanın ifaları dinlənildi. Sonda Kollecin “Təsviri incəsənət müəllimliyi” ixtisasının II kurs tələbələrinin əl işlərindən hazırlanmış rəsm əsərləri video rolik formasında nümayiş olundu. Tədbirdən sonra Kollecin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98–ci il dönümü münasibətilə Lənkəran şəhərinin Heydər Əliyev prospektində ağacəkmə aksiyasında iştirak etdilər.

Cəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024