AZ RU Mobil versiya
YAP Hacıqabul rayon təşkilatıçılığı ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə vebinar keçirilib
Tarix: 07-05-2021 | Saat: 18:12
Bölmə:Ölkə | çapa göndər

YAP Hacıqabul rayon təşkilatıçılığı ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə vebinar keçirilib

7 may 2021-ci il tarixdə YAP Hacıqabul rayon təşkilatı, rayon Təhsil şöbəsi, Gənclər və İdman İdarəsi və Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə vebinar keçirilmişdir.

Vebinarı giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışmışdır.

Tədbir Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Elnur Əmiraslanovun, rayon Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərovun, şəhər 8 № li humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xuraman Talıbovanın çıxışları ilə davam etdirilmişdir.

Natiqlər Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat vermiş, vurğulamışlar ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutmuş, Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5107 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2021