Mobil versiya
YAP Samux rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib - FOTOLAR
Tarix: 07-05-2021 | Saat: 14:31
Bölmə:Gündəm | çapa göndər

YAP Samux rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib



07.05.2021-ci il tarixdə YAP Samux rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev yolu Azərbaycanı daha uca zirvələrə aparacaq ” mövzusunda onlayn videokonfrans keçirilib.

Videokonfransda Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın dahi oğlu, böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyatı, idarəçilik və dövlətçilik sahəsində siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük xidmətlərdən danışılıb.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov giriş sözü ilə çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olduğu gün xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir. Bütün dünya azərbaycanlıları harada yaşamasından asılı olmayaraq Heydər Əliyevin xatirəsinə ehtiram göstərir. Ümummilli Liderimiz Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub. Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının yeganə yolu Heydər Əliyev yoludur. Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, Onun xalqımız üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün deyil. Bu fəaliyyət yeni nəslə mütləq çatdırılmalıdır .

Bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda dünyada böyük nüfuza sahibdir. Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr beynəlxalq miqyasda Azərbaycanın mövqelərini gücləndirir. Bu amillər Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin ölkəmizin qələbəsi ilə nəticələnməsinə də böyük dəstək verdi.

Beləliklə, bu nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Biz Azərbaycan xalqı olaraq Ulu Öndərin əziz xatirəsini həmişə yad edirik və bundan sonra da edəcəyik. Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq.

Tədbirdə YAP üzvləri – Gülmira Nəbiyeva, Vəfa Qarayeva, Günel Əhmədova, Şəlalə Tağıyeva, Sevinc Məmmədova və Gülnar Cavadova çıxış edərək, Heydər Əliyevin siyasi gücü və qüdrətinin sayəsində müstəqil Azərbaycanın böyük uğurla Avropaya və dünya birliyinə inteqrasiya etdiyini bildiriblər. Bugünkü müstəqil, suveren Azərbaycanın hərtərəfli inkişaf və tərəqqi yolunda olduğunu qeyd edərək bütün bu uğurlara, nailiyyətlərə Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı düşünülmüş və praqmatik siyasət sayəsində nail olduğumuzu vurğulayıblar.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024