Ötən həftə dünyada koronavirusdan 93 mindən artıq insan ölüb - ÜST
Tarix: 05-05-2021 | Saat: 09:47
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Ötən həftə ərzində dünyada koronavirusa 5,7 milyondan artıq yoluxma, 93 mindən artıq isə ölüm halı qeydə alınıb.
aia.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı təxminən eynidir, ölüm hallarının sayı isə 6 faiz artıb.
"Aprelin 26-dan mayın 2-dək koronavirusa 5 705 981 nəfər yoluxub, 93 523 nəfər isə koronavirusdan ölüb. Mayın 2-si üçün dünyada koronavirusa yoluxma hallarının sayı 151 812 556, koronavirusdan ölüm hallarının sayı isə 3 186 817 nəfər təşkil edib".
Bundan əlavə bildirilir ki, ilk dəfə Böyük Britaniyada aşkarlanan VOC 202012/01 ştammı aprelin 27-dən bu yana daha 3 ölkədə qeydə alınıb. Bu ştammın aşkarlandığı ölkələrin ümumi sayı 142-yə çatıb. Cənubi Afrikada aşkarlanan 501Y.V2 ştammı ümumilikdə 97 ölkədə, Braziliya və Yaponiyada aşkarlanan P.1 ştammı isə 56 ölkədə qeydə alınıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər