Ağcabədi məktəbliləri arasında bədii qiraət və şeir müsabiqəsi keçirilib
Tarix: 05-05-2021 | Saat: 08:51
Bölmə:Ölkə | çapa göndər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə məktəblilər arasında “Heydər Əliyev və Bütöv Azərbaycan” adlı bədii qiraət və şeir müsabiqəsi keçirilib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq təşkil edilən müsabiqədə Ağcabədi şəhər məktəbliləri iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək, Mərkəzin yaranması, fəaliyyəti və müsabiqə haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
Münsiflər heyəti müsabiqə iştirakçılarının ifalarını dinləyərək, qiymətləndirib. Müsabiqənin yekun nəticəsinə görə Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Nabat Məmmədova birinci, 4 nömrəli tam orta məktəbin şagirdi Vahid Məmmədli ikinci, 1 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Qəhrəmanov və 9 nömrəli tam orta məktəbin şagirdi Mənsumə Bünyatlı üçüncü yerə layiq görülüb. Qaliblərə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin diplomları təqdim edilib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-03-2025
14-03-2025