Mobil versiya
“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur” mövzusunda inşa müsabiqəsi yekunlaşıb - FOTOLAR
Tarix: 03-05-2021 | Saat: 16:47
Bölmə:Cəmiyyət | çapa göndər

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur” mövzusunda inşa müsabiqəsi yekunlaşıb


YAP Qazax rayon təşkilatının təşəbbüsü ilə Qazax rayon Təhsil Şöbəsi ilə birlikdə “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü” münasibətilə Qazax rayon təhsil müəssisələrində 9-cu sinif şagirdləri arasında “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur” mövzusunda inşa müsabiqəsi yekunlaşmışdır.

03 may 2021-ci tarixdə müsabiqənin qalibləri, Qazax rayon Təhsil Şöbəsinin nümayəndələri və o cümlədən məktəb direktorları ilə görüş keçirilmişdir. Görüş zamanı 1-ci yeri Aslanbəyli kənd tam orta məktəbinin şagirdi Şirməmmədova Nəzrin Şirzad qızı, 2-ci yeri Birinci Şıxlı kənd tam orta məktəbinin şagirdi Qurbanlı Aysun İlqar qızı, 3-cü yeri isə Alpout kənd tam orta məktəbinin şagirdi Musayeva Rüfanə Müşfiq qızı Qazax rayon Təhsil Şöbəsi ilə birlikdə hazırlanmış əsasnaməyə uyğun olaraq YAP Qazax rayon təşkilatı tərəfindən diplom və pul ilə mükafatlandırıldılar.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov H.Əliyevin 98-ci ildönümü ilə bağlı çıxış edərək onun həyat və fəaliyyətindən bəhs etdi. Yeni Azərbaycan Partiyası tərəfindən hər il Ulu öndərə həsr edilmiş tədbirlərin həyata keçirildiyini vurğuladı. Həmid Pənahov Ulu Öndərin təhsilə verdiyi dəyərdən danışaraq şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra tədbirdə Qazax rayon Təhsil şöbəsində Metodiki kabinetin müdiri Məhəmməd Cəfərov və Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev çıxış edərək YAP Qazax rayon təşkilatı tərəfindən təhsil sahəsinə göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024