Mobil versiya
Hərbi səbəblərlə əlaqədar müddətli əlillik təyin edilmiş şəxslərin əyani müayinələri davam edir
Tarix: 03-05-2021 | Saat: 15:36
Bölmə:Media | çapa göndər

Hərbi səbəblərlə əlaqədar müddətli əlillik təyin edilmiş şəxslərin əyani müayinələri davam edir

Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərindəki diaqnozlarda ziddiyyətlər aşkar edilən 18 şəxs də əyani müayinə əsasında qiymətləndirməyə cəlb olunub.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyi və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya həmin şəxslərin əlillik sənədləri ilə bərabər, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırıb.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əyani müayinəsi aparılmış 18 nəfərdən 9 nəfərin xəstəlik diaqnozlarının və sağlamlıq vəziyyətlərinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. Ona görə də onlara təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

Əyani müayinələrdə qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir. Budəfəki müayinədə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak edib. Aparılan işlərin əsas məqsədi bu istiqamətdə də əlillik təyinatlarının tam şəffaflaşdırılması və saxta əlillik təyinatlarının ləğv edilməsidir.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024