Mobil versiya
“Rabitəbank”da sədr dəyişikliyi – Aydın Hüseynov İdarə Heyətinin sədri təyin edilib
Tarix: 03-05-2021 | Saat: 14:22
Bölmə:İqtisadiyyat | çapa göndər

“Rabitəbank”da sədr dəyişikliyi – Aydın Hüseynov İdarə Heyətinin sədri təyin edilib

“Rabitəbank”ın Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyəti tərkibində dəyişiklik baş tutub. Belə ki, mayın 3-dən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb. Sözügedən vəzifədə çalışan Elçin Qədimov isə bundan sonra fəaliyyətini İdarə Heyəti sədrinin birinci müavini olaraq davam etdirəcək.

1993-cü ildən təsis edilmiş “Rabitəbank” hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı bankların sırasına daxildir. Bankın bu il və növbəti illər üçün strateji hədəfi bazarda mövqeyini gücləndirməklə gəlirliliyini artırmaq, müştərilərə xidmət keyfiyyətini yeni səviyyəyə qaldırmaq, başda biznes prosesləri olmaqla əsas maliyyə əməliyyatlarını rəqəmsal bankçılığa keçirməkdir. Bank bu istiqamətdə prosesləri uğurla davam etdirir, yeni inkişaf strategiyasını reallaşdırır. Bu, özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərində, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir.

"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024