Mobil versiya
Əri müğənninin mülklərini əlindən almağa çalışır
Tarix: 01-05-2021 | Saat: 14:00
Bölmə:Şou-biznes | çapa göndər

Əri müğənninin mülklərini əlindən almağa çalışır

Məşhur müğənni Lyubov Uspenskaya ilə əri Aleksandr Plaksin arasındakı qalmaqal bitmək bilmir.

Biznesmen məhkəməyə müraciət edərək, birlikdə qaldıqları evin ayrılmasını istəyib.

Aleksandr məhkəməyə gedərkən arvadına heç bir xəbərdarlıq etməyib. Son iki ildə müğənni ilə heç bir əlaqə qurmayan iş adamı hələ də rəsmi boşanma üçün tələsmir. O, Amerikada yaşayır.

Onu hazırda yalnız sahib olduqları mülklərin bölünməsi maraqlandırır. Ailəyə yaxın olan mənbə bildirib ki, bütün mülklər vaxtında Uspenskayanın pulu ilə alınıb:

"Hazırda o ərinə nəsə verməyi düşünmür. Uspenskaya məsələni qalmaqalsız yoluna qoymağa çalışsa da, əri onunla danışığa gəlmir. İki ildir uzaqda yaşayır. Nə etdiyindən müğənninin heç bir məlumatı yoxdur".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024