Mobil versiya
Ülviyyə boşanma xəbərlərindən danışdı
Tarix: 02-05-2021 | Saat: 18:00
Bölmə:Şou-biznes | çapa göndər

Ülviyyə boşanma xəbərlərindən danışdı

Aktrisa Ülviyyə Əliyeva həyat yoldaşı Manaf bəylə ayrılmaları haqda söz-söhbətlərə son qoyub.

AİA.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Gündən-günə" proqramında Əməkdar artist Əkbər Əlizadənin "Deyirlər ki, Ülviyyə həyat yoldaşı Manaf bəydən ayrılıb" sözlərinə belə cavab verib:

"Yaradıcılığım var. 23 ildir aktrisalıq fəaliyyəti göstərirəm. Sevmirəm ailəmlə gündəmə gəlim. Sosial şəbəkədə varam, amma ailəmlə bağlı paylaşım etmirəm. Bu, mənim özəlimdir. Heç kəsə ixtiyar vermirəm ailəmi kimsə müzakirə etsin. İyunda ailə qurmağımızın 3 ili tamam olur. Xoşbəxt ailəm var. Bir-birimizi başa düşən, sözü boğazından keçən ailəyik. İstəmirəm çirkab sözlərlə çirkləndirsinlər. Paylaşmıram, o demək deyil ayrıldıq. Paylaşmaq üçün yetərincə materialım var. Özəlimdir, yuvama toxunmayın".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024