Mobil versiya
Neft və Qaz İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub
Tarix: 01-05-2021 | Saat: 12:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Neft və Qaz İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub

Neft və Qaz İnstitutu ilə Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında görüş keçirilib.

Tədbirdə elmi müəssisənin direktoru, akademik Fəxrəddin Qədirov, direktor müavini, professor Vaqif Qurbanov, elmi katib Şəlalə Hüseynova, şöbə müdirləri və UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş tədqiqatçı Filip Turek, Yer elmləri üzrə magistr proqramı koordinatoru Klara Cordi, Neft və qaz mühəndisliyi üzrə proqram koordinatoru Fidan Aslanzadə iştirak ediblər.

Görüşdə Neft və Qaz İnstitutu ilə UFAZ-ın əməkdaşlığının vacib olduğu vurğulanıb. Tərəflər təmsil etdikləri elm və təhsil müəssisələrinin fəaliyyətindən, perspektivlərindən danışıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024