Mobil versiya
Dünyada koronavirusa yoluxanların sayı 150 milyonu ötdü
Tarix: 30-04-2021 | Saat: 09:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Dünyada koronavirusa yoluxanların sayı 150 milyonu ötdü

Dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı 150 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 150 102 206 nəfərə çatıb, koronavirusa yoluxanlardan 3 161 637 nəfəri ölüb, 87 240 794 nəfəri isə sağalıb.

Universitetin hesablamalarına əsasən, dünyada ən çox yoluxma halları ABŞ (32 283 801), Hindistan (18 376 524) və Braziliyada (14 590 678) qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024