Mobil versiya
Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə I mərhələnin nəticələri açıqlanıb
Tarix: 29-04-2021 | Saat: 14:07
Bölmə:Təhsil | çapa göndər

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə I mərhələnin nəticələri açıqlanıb

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə I mərhələnin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən bildirilib ki, nəticələrə əsasən, müraciət edənlərdən 257 nəfəri imtahan mərhələsində iştirak hüququ qazanıb. Nəticələr müraciətçilərin şəxsi kabinetlərində yer alıb, həmçinin qeydiyyat nömrələrinə SMS bildiriş göndərilib.

Müsabiqənin növbəti test imtahan mərhələsi mayın 2-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Sözügedən mərhələyə dair məlumatlar namizədlərin şəxsi kabinetlərində yerləşdirilib.

Qeyd edək ki, peşə təhsili müəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün ümumilikdə 31 vakant yer üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Müraciət edənlərdən 221 nəfəri kişi, 195 nəfəri qadın, 388 nəfəri ali təhsilli, 28 nəfəri isə orta ixtisas təhsillidir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024