Mobil versiya
Daha bir hərbçimizin şəhid xəbəri gəldi
Tarix: 27-04-2021 | Saat: 15:04
Bölmə:Karusel / Ölkə | çapa göndər

Daha bir hərbçimizin şəhid xəbəri gəldi

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Unikal.org xəbər verir ki, döyüşlərin ilk günlərindən itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Şəhidin nəşi Cəlilabad rayonunun Mollalı kəndinə gətiriləcək və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ə.Musayev iyunun 16-da 1999-cu ildə Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərində onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-01-2025