Mobil versiya
Aqiyə Naxçıvanlı: “Qarabağın işğaldan azad edilməsi Bayden kimi erməni havadarlarını və türk düşmənlərini məyus edib”
Tarix: 25-04-2021 | Saat: 14:40
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Qarabağın işğaldan azad edilməsi Bayden kimi erməni havadarlarını və türk düşmənlərini məyus edib”

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı" kimi tanıdığını açıqlaması Azərbaycan ictimaiyyətində narahatlıq doğurub. Siyasətçilərimiz Baydenin bəyanatını birmənalı olaraq pisləsələr də, KİV-ə verdikləri müsahibələrdə orta statistik Azərbaycan vətəndaşının sezməyəcəyi bəzi nüansların da altını cızırlar. Millət vəkili Aqiyə Naxçıvanlı məlum bəyanatın Ermənistanın Azərbaycana ağır məğlubiyyətindən sonra verildiyini də nəzərə almağın vacibliyini mətbuata bildirib:“Sirr deyil ki, Azərbaycanın Türkiyə ilə kürək-kürəyə verərək, imza atdığı son uğurlar, Qarabağın işğaldan azad edilməsi Qərbdəki Bayden kimi erməni havadarlarını və türk düşmənlərini məyus edib. Ancaq Qərb daha çox məyusluğu Rusiyanın sülhməramlı missiyasının ABŞ-ın da təmsil olunduğu ATƏT-in Minsk Qrupunu kölgədə qoyması ilə yaşadı. Bundan başqa, Bayden bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə etdiyini deyib. Azərbaycan Vətən müharibəsində Ermənistana döyüş meydanında qalib gəldi. Düşmən isə dinc şəhərlərimizi atəşə tutur, mülki vətəndaşlarımızı qətlə yetirirdi. Amma Azərbaycan eyni üsulla cavab vermədi. Bu nöqteyi-nəzərdən, belə də hesab etmək olar ki, Bayden bir növ ştrix altında ermənilərin özlərini günahlandıraraq onlara qonşuları ilə dinc yanaşı yaşamağın vacibliyi barədə xatırlatma mesajı verib. Yəni, 106 il əvvəl vətəndaşı olduğunuz Osmanlı dövlətinə xəyanət etdiyinizə görə cəzalandınız, 30 il əvvəl vətəndaşı olduğunuz Azərbaycana arxadan zərbə vurduğunuza görə indi bu günə düşdünüz”.

Xanım deputatın fikrincə, başqa bir məsələ ABŞ rəhbərinin “soyqırım” bəyanatını Ermənistanın yenə də Qarabağ məğlubiyyətindən sonra iqtisadi devidentlər xatirinə, eləcə də Rusiyanın təzyiqi ilə Türkiyə və Azərbaycanla münasibətlərini yumşalda biləcəyindən ehtiyatlandığı üçün qabaqlayıcı addım kimi vermiş ola biləcəyidir: “Axı, 10 noyabr üçtərəfli birgə bəyanatı özündə kommunikasiya xətlərinin, nəqliyyat dəhlizlərinin açılmasını da ehtiva edir. Əgər Ermənistan, bu ölkənin tərəqqipərvər qüvvələrinin istəyi ilə qonşu Tarkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəksə, Türkiyə sərhədlərini ermənilərin üzünə aça bilər. Belə olan halda ABŞ-ın əlində Türkiyəyə təzyiq vasitəsi qalmayacaqdı. Bütün hallarda hesab edirəm ki, Türkiyəyə qarşı çıxarılmış qərar Azərbaycanın da mənafeyinə ziddir və ölkəmiz adından Xarici İşlər Nazirliyi bu məsələyə münasibətini bilidirib.
Millət vəkili həmçinin xatırladıb ki, bu gün “erməni soyqırım”ını tanıyan, ya da tanımaq istəyən ölkələrin əksəriyyəti yaxın keçmişdə bir və ya daha çox soyqırım aktına imza atıblar: “Osmanlının cəlb olunduğu Birinci Dünya savaşı getdiyi vaxt ermənilərin Anadoluda üsyanları, türk kəndlərinə hücumları Osmanlını cavab tədbirləri almağa vadar etmişdi. Üsyanlarda iştirak edən, 2 milyona yaxın türkü qətlə yetirən ermənilər Yaxın Şərqə sürgün edilmişlər. Hansı ki, həmin ərazilər də yenə Osmanlı üçün önəmli sayılan Beyrut, Qüds, Bağdad, Bəsrə və s. ərazilər idi. Maraqlıdır, görəsən bu gün “erməni soyqırımı”nı tanıyan və tanımaq istəyən ölkələr özləri müharibə vaxtı belə xəyanətlə üzləşsəydilər, nə edərdilər?”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə