Mobil versiya
Texniki Universitetdə narkomaniya ilə mübarizəyə həsr olunan tədbir
Tarix: 25-04-2021 | Saat: 14:13
Bölmə:Təhsil | çapa göndər

Texniki Universitetdə narkomaniya ilə mübarizəyə həsr olunan tədbir

Azərbaycan Texniki Universitetində (AzTU) narkomaniya ilə mübarizəyə həsr olunan onlayn tədbir keçirilib.

AzTU-dan bildirilib ki, tədbir universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və tələbə-rektoru Əli Abdullazadənin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov narkomaniyanın müasir dövrün ən təhlükəli bəlasına çevrildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda narkomaniya ilə mübarizə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.

Tibb elmləri namizədi, psixiatr-narkoloq Fəzail Sadıqov narkotikin insan orqanizminə zərərləri, narkomaniya ilə mübarizədə görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024