Mobil versiya
DİM abituriyentlərə müraciət edib
Tarix: 23-04-2021 | Saat: 15:55
Bölmə:Təhsil | çapa göndər

DİM abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start veriləcək.

aia.az-ın məlumatına görə, DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edirib.

Bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub.

2021-ci il yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024