AZ RU Mobil versiya
Şuşada bayram namazının qılınması təklif olundu
Tarix: 20-04-2021 | Saat: 16:13
Bölmə:Ölkə | çapa göndər

Şuşada bayram namazının qılınması təklif olundu


“Ramazan bayramı namazının məhdud sayda Şuşa məscidində qılınması ilə bağlı fikirlərin səsləndirilməsi yaxşı təşəbbüsdür”

Bunu Azvision.az -a açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Din xadimi bildirib ki, əgər bu təşəbbüs reallaşarsa, insanlar arasında coşquya səbəb ola bilər: “Lakin bizdən asılı olmayan səbəblər, təhlükəsizlik məsələləri var. Bütün bunlar münasib olarsa, bu il və ya gələn il orada bayram namazı qılına bilər. Lakin təbii ki, gələcəkdə ərazilərimiz tam bərpa edildikdən sonra bütün bunlar real olacaq. Şuşada bayram və cümə namazları da qılınacaq. Hazırda Şuşa məscidində hərbçilərimiz ibadət edir.

Keçən il Qurban bayramı namazı Heydər məscidində qılındı. Simvolik olaraq məhdud sayda insanla namaz qılındı, xütbələr oxudu. Bu, pandemiya dövründə ilk təşəbbüs oldu və canlı yayımlandı. İnsanlar tərəfindən rəğbətlə qarşılandı”.

Pandemiyaya görə kütləvi ibadətlər mümkün olmadığını vurğulayan Hacı Şahin bildirib ki, məscidlərin ibadət üçün açılması məsələsi həmişə gündəmdir:

“Qafqaz Müsəlmanları İdarəsinin təklifləri olur. Şəxsən mən də fikrimi bildirmişəm və Şeyxin imzası ilə müvafiq qurumlara məktub göndərilib. Hazırda yoluxma sayı artdığı üçün Ramazan ayında məscidlərin açılması mümkün olmadı.

İnanclı insanlarımıza bildirmək istəyirəm ki, ilk fürsətdə qərar qəbul ediləcək. Heç kəs məscidlərin bağlanmasından məmnun ola bilməz. Xüsusilə biz din xadimləri, inanclı insanların arzusudur ki, məscidlərdə kütləvi ibadətlər olsun. O cümlədən, işğaldan azad olunan Şuşa məscidində ibadət etmək arzumuzdur”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

579 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2021
07-05-2021