Mobil versiya
Səhiyyə Nazirliyinin nümayəndəsi: Yaşı 30-dan yuxarı olanlar hər gün müraciət edərək, peyvənd vurdurmaq istədiklərini bildiri
Tarix: 09-04-2021 | Saat: 12:37
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Səhiyyə Nazirliyinin nümayəndəsi: Yaşı 30-dan yuxarı olanlar hər gün müraciət edərək, peyvənd vurdurmaq istədiklərini bildiri

Bir neçə ay bundan əvvəl insanlar yeni növ koronavirusa (COVID-19) yoluxmaqdan ehtiyat edirdilərsə, indi ona qarşı tətbiq edilən vaksinlərə qarşı onların bəzilərində müxtəlif şübhələr və narahatlıqlar var. Təəssüf ki, bəzi vətəndaşlarda bu cür münasibət hələ də gündəmin əsas mövzusu olaraq qalır.

Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bununla əlaqədar olaraq deyib: “COVID-19-la mübarizədə peyvənd çox əhəmiyyətli rol oynayır. Lakin onun barəsində əhali arasında fikirlər heç də birmənalı deyil. Bu, təkcə COVID-19-a qarşı istifadə olunan peyvəndlərə aid deyil, ümumiyyətlə, peyvəndlərə qarşı mövqelər həmişə müxtəlif olub. Demək olar ki, onu vurdurub-vurdurmamaq barədə həmişə tərəddüdlər yaranıb. Əslində bu narahatlıqları və bu cür yanaşmaları başa düşmək mümkündür. COVID-19-a qarşı peyvənd yeni ixtira edilib və buna görə onunla əlaqədar yanaşmalar da fərqlidir. Xatırlayırıq ki, peyvənd hələ hazır olmadığı vaxtlarda vətəndaşlar səhiyyə qurumlarından peyvəndin hazırlanmağı, hazır olandan sonra isə ölkəyə gətirilməsi üçün müraciətlər edirdilər. Artıq həmin dövr arxada qalıb, ölkəmizə kifayət qədər peyvənd gətirilib və onun vurulması da çox uğurla aparılır. Şübhəsiz ki, koronavirusla ən güclü mübarizə maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara əməl etməklə yanaşı vaxtında virus əleyhinə peyvəndin aparılmasıdır. İlk növbədə peyvənd tədbirinə həssas qrupa aid xroniki və digər yanaşı xəstəlikləri olanlar və yaşı 65-dən yuxarı əhali qrupundan başlanılıb. Hazırda peyvəndlənmənin sürəti kifayət qədər yüksəkdir. Vətəndaşlar əvvəlki dövrlərdə olduğundan daha həvəslə və könüllü olaraq peyvənd vurdururlar. İlk vaxtlarda olan şübhələr və inamsızlıq halları demək olar ki, azalıb. Hər dəfə peyvəndə qoşulanların yaş həddi azaldılaraq yeni mərhələni əhatə edəndə gənc və orta nəslə mənsub olanlar arasında bu işə daha həvəslə qoşulanları görürük. Yaşı 30-dan yuxarı olanlar az qala hər gün müraciət edərək peyvənd vurdurmaq istədiklərini və onlara nə vaxt növbə çatacağını gözləyirlər”.

İşçi qrupunun üzvü peyvəndin yan təsirləri barədə danışarkən deyib: “Yan təsirlər peyvənd edildikdən sonrakı 24 saat ərzində yarana biləcək qısamüddətli narahatlıqlar - hərarətın qalxması, halsızlıq, şişkinlik və s. ola bilər. Hər bir orqanizm fərdi keyfiyyətə malikdir və ona görə də peyvəndə cavab reaksiyası fərqli ola bilər. Artıq üç aya yaxındır ki, peyvəndlənmə prosesi gedir. İndiyədək halsızlıq, inyeksiya yerində ağrı, şişkinlik halları müşahidə edilsə də, hələlik peyvənd zamanı allergik reaksiyalara rast gəlinməyib, ürəkkeçmə, iflic olma halları yaşanmayıb. Ölkəmizdə tətbiq olunan Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini illərdən bəri istifadə olunan inaktiv peyvəndlər qrupuna aiddir və onların da təhlükəsizliyi 100 faizə yaxındır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024