Mobil versiya
Paytaxtın bəzi yollarında kiçik çökmələr baş verib
Tarix: 09-04-2021 | Saat: 12:35
Bölmə:İqtisadiyyat | çapa göndər

Paytaxtın bəzi yollarında kiçik çökmələr baş verib

Paytaxtın Nizami rayonunun Əlif Hacıyev, həmçinin Yasamal rayonu ərazisindəki Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən ərazilərə dərhal agentliyin əməkdaşları cəlb edilib.

Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.

Hazırda çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hadisənin səbəbləri aydınlaşdırılaraq, qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası üçün birgə işlər aparılır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024