AZ RU Mobil versiya
YAP Samux rayon təşkilatı Gənclər Birliyinin tədbiri keçirilib - FOTOLAR
Tarix: 07-04-2021 | Saat: 13:02
Bölmə:Ölkə | çapa göndər

YAP Samux rayon təşkilatı Gənclər Birliyinin tədbiri keçirilib

07.04.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin bərpasında gənclərin rolu” mövzusunda videokonfrans keçirilib.

Tədbiri giriş sözləri ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır. Bu Qələbə yeni geosiyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyur.

Vurğulanıb ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Artıq dövlətimizin bu istiqamətdə fəaliyyətə başladığını deyən G.Bayramov qeyd edib ki, prosesdə Azərbaycan gəncliyi də fəal iştirak etməlidir.

YAP Samux rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşid Şabanov tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsini tarixi hadisə kimi səciyyələndirib. Məlumat verilib ki, növbəti mərhələlərdə insanların doğma yurdlarına qayıtması prosesi başlayacaq. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtması Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Bu rayonların zəngin təbii sərvətləri, yaradılacaq yeni iqtisadi infrastruktur, yeni kommunikasiya xətləri nəinki o ərazilərdə yaşayan insanların, eləcə də bütün ölkə əhalisinin sosial rifahına öz müsbət təsirini göstərəcək.

Tədbirdə Gənclər Birliyinin fəal üzvləri- İnstitut qəsəbə tam orta məktəbin müəllimi Sevinc Vəkilova, Samux rayon Gənclər və İdman İdarəsinun məsul işçisi Rasim İmamquliyev və Sərkar kənd tam orta məktəbin müəllimi Günel Əhmədova çıxış edərək bildiriblər ki, Azərbaycan gəncliyi bütün platformalarda ölkəmizi layiqincə təmsil edir. Gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər.

Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi

578 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2021
16-04-2021