Mobil versiya
Məktəb idarəetməsi mövzusunda müzakirə aparılıb
Tarix: 06-04-2021 | Saat: 13:35
Bölmə:Təhsil | çapa göndər

Məktəb idarəetməsi mövzusunda müzakirə aparılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva məktəbin səmərəli idarə edilməsi mövzusunda çıxış edib.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Təhsil İdarəçiləri Assosiasiyasının “Facebook” səhifəsi üzərindən keçirilən müzakirədə Mehriban Vəliyeva təhsil müəssisəsinin səmərəli idarə edilməsində məktəb rəhbərinin əsas fəaliyyət istiqamətləri, uğurlu məktəb modelinin yaradılmasında əməkdaşlığın rolu, daxili monitorinqin təşkili və digər məsələlər barədə danışaraq, izləyiciləri maraqlandıran suallara aydınlıq gətirib.

Qeyd edək ki, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi yayımlanan “Bələdçi” proqramının məqsədi təhsil sahəsində aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdan ibarətdir

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024