Kapital Bank “Nə? Harada? Nə zaman?” oyunlarının tərəfdaşı oldu
Tarix: 19-04-2016 | Saat: 15:27
Bölmə:İqtisadiyyat | çapa göndər
Kapital Bank "Nə? Harada? Nə zaman" intellektual klubun rəsmi tərəfdaşı oldu. Tərəfdaşlıq çərçivəsində Kapital Bank oyunçuların tapa bilmədikləri sualların müəlliflərini mükafatlandırır.
"Nə? Harada? Nə zaman" oyunlarına sual vermək istəyənlər Kapital Bank filiallarına yaxınlaşıb, sual və müəllifin şəxsi məlumatları yazılmış zərfi təqdim edə bilərlər.
"Heç kimə sirr deyil ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunları ölkəmizdə böyük maraqla izlənilir. 4 mövsümdən ibarət oyunlar seriyasında tamaşaçılar oyunçulara qarşı oynayırlar. Builki mövsümün hazırlanmasında bizə göstərdiyi dəstəyə görə GameTV.az adından və şəxsən öz adımdan Kapital Bank-a təşəkkürümü bildirirəm", - deyə GameTV.az prodüser mərkəzinin baş direktoru Balaş Qasımov bildirib.
Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin "Breyn Rinq" intellektual oyunlarının da rəsmi tərəfdaşıdır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024