Mobil versiya
Azad olunmuş ərazilərə icazəsiz keçən daha 4 nəfər saxlanılıb
Tarix: 05-04-2021 | Saat: 15:52
Bölmə:Ölkə | çapa göndər

Azad olunmuş ərazilərə icazəsiz keçən daha 4 nəfər saxlanılıb


Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, Cəbrayıl rayonunda Füzuli rayon sakinləri Səlim Qasımov və Elçin Abdullayev idarə etdikləri avtomobillərlə sərxoş vəziyyətdə minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstəriblər. Onlar rayon ərazisində qurulmuş postda polis əməkdaşlarının saxla tələbinə məhəl qoymayaraq rayon ərazisinə daxil olublar. Daha sonra həmin avtomobillərin saxlanılması polis əməkdaşları tərəfindən təmin edilib. S.Qasımov, E.Abdullayev və onların sərnişinləri Füzuli rayon sakinləri Elgün Babayev və Mehrac Hacıyev Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə tədbir görülüb və törətdikləri əmələ qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025