AZ RU Mobil versiya
Rus bölməsi üzrə birinci sinfə qəbul üçün müsahibələr onlayn keçiriləcək
Tarix: 05-04-2021 | Saat: 10:11
Bölmə:Təhsil | çapa göndər

Rus bölməsi üzrə birinci sinfə qəbul üçün müsahibələr onlayn keçiriləcək


Bu il bütün ölkə üzrə tədris digər dillərdə aparılan siniflərin birinci siniflərinə qəbul üçün müsahibələrin onlayn keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

O bildirib ki, birinci sinfə qəbulun aprelin 2-ci yarısından başlanılması nəzərdə tutulur.

E.Kərimovun sözlərinə görə, birinci sinfə qəbul ötən illərdə olduğu kimi, bu il də elektron qaydada aparılacaq:

"Tədrisi rus dilində aparılan lisey və gimnaziyalara qəbul iki mərhələli aparılır. Tədris digər dillərdə aparılan siniflərə qəbul üçün müsahibələr təşkil olunur. Müsahibələrin bu il ölkə üzrə onlayn olması planlaşdırılır. Müsahibədə uşağın tədris alacağı dil üzrə şifahi nitq bacarıqları yoxlanılacaq, ikinci mərhələ isə müsabiqə olacaq. İkinci mərhələdə təhsil müəssisələrinə xüsusi istedad tələb edən istiqamətlər üzrə müsahibələrin keçirilməsi təşkil olunacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

562 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2021
16-04-2021