Mobil versiya
Uşaqlarda yeni virus infeksiyası aşkarlanıb
Tarix: 02-04-2021 | Saat: 16:15
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Uşaqlarda yeni virus infeksiyası aşkarlanıb

Ümumdünya Səhiyyə Təşkilatı uşaqlarda yeni virus aşkarlandığını təsdiq edib. Söhbət yeni növ koronavirus (COVID-19) xəstəliyi keçirəndən bir ay və ya altı həftə sonra aşkarlanan infeksiyalardan gedir.

Pediatrlar deyirlər ki, bu, kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Xəstəlik uşaqlarda təzyiqin aşağı düşməsi və şok halları, əllərdə və ağız boşluğunda səpgilər, qusma və ishal kimi əlamətlərlə özünü büruzə verir.

Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Telman Aytayev deyib: “Ambulator müalicə uşağın yaşı, vəziyyəti və xəstənin həkimə müraciət vaxtı ilə əlaqədar dəyişə bilər. Xəstəliyə gec diaqnoz qoyulanda müalicə proseduru da gecikmiş olur. Ona görə də diaqnoz erkən vaxtlardan qoyulmalıdır. Üç gün sonra qızdırma, başqa heç bir səbəbin olmadan ümumi vəziyyətin pisləşməsi ağla gələn ilk diaqnozlardan biridir”.

Xəstəlik uşaq və yeniyetmələrdə müşahidə olunur. Bundan başqa uşaqların koronavirusun “Britaniya ştammı”na yoluxmaq təhlükəsi də var.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-radioloqu Aydın Əliyev bildirib: “Koronavirus xəstəliyinin mutasiyaya qədərki dövründə uşaqlarda demək olar ki, heç bir problem yaranmırdı, yalnız yüngül qrip əlamətləri müşahidə olunurdu. Lakin yeni ştamm uşaqlarda daha çox əlamətlər yarada bilir. Əlamətlər çox müxtəlifdir. Boğaz ağrısı, boğaz qıcıqlanması, temperatur, öskürək, hava çatışmazlığı hissi, döş qəfəsində ağrı, əzələ, oynaq və başağrıları ilə müşayiət edilir. Həmin əlamətlərdən hər hansı biri müşayiət olunanda mütləq həkimə müraciət edərək müayinələrdən keçmək lazımdır”.

Valideynlərin uşaqların qida rasionuna diqqət yetirməsi, həmçinin onların gigiyenik təmizliyinə nəzarət etməsi çox vacibdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024