AZ RU Mobil versiya
Sevda Ələkbərzadə məktəb açır
Tarix: 02-04-2021 | Saat: 16:06
Bölmə:Şou-biznes | çapa göndər

Sevda Ələkbərzadə məktəb açır

Əməkdar artist Sevda Ələkbərzadə caz məktəbi açır.

Bu barədə sənətçi Türkiyənin tanınmış bloqqeri Emre Yücelenin yutub layihəsinə qonaq olarkən bildirib.

Müğənni qeyd edib ki, məktəb 6 ay ərzində fəaliyyətə başlayacaq: "Bu fikir məndə bir neçə il əvvəl yaranmışdı. Sadəcə olaraq vaxtım yox idi. Pandemiya dövründə düşündüm ki, niyə də Sevda Ələkbərzadənin məktəbi olmasın? Özəl dərslər vermək istəyirəm.

Düşünürəm ki, başqa ölkədən gələn tələbələr məndən nələrsə öyrənə bilərlər. Məndən bunu gözləyirlər. Bu cür ifa başqa yerdə yoxdur! Qısa zamanda, 6 ayda bu iş alınacaq. Bakıda açmaq niyyətindəyəm".

Bundan əlavə, S. Ələkbərzadə qeyd edib ki, "Eurovision"da yer almaq istəmir:

""Eurovision"a qatılmaq barədə heç vaxt düşünməmişəm. Həm o müsabiqəni sevmirəm. Çox məşhurdur, amma ölkə ölkəyə səs verir, mahnıya yox! Bəzən elə mahnı qalib olur ki, insan təəccüblənir. Lakin həmin şouda mən ya birinci olacam, ya da yer almayacam".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

464 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2021
16-04-2021