YAP Sabirabad rayon təşkilatı 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş videoformatda tədbir keçirib
Tarix: 31-03-2021 | Saat: 13:53
Bölmə:Media | çapa göndər
31.03.2021-ci il tarixində YAP Sabirabad rayon təşkilatı 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş videoformatda tədbir keçirib.
Əvvəlcə soyqırım qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Tədbirə giriş nitqi ilə başlayan YAP Sabirabad rayon təşkilatının Aparat rəhbəri Ağadadaş Həsənov Ötən əsrdə xalqımızın tarixinə yazılan faciəvi hadisələrin bir çoxu məhz ermənilər tərəfindən törədilib. 1915-ci il olaylarını saxta soyqırımı kimi dünyaya sırımağa çalışan, özlərini hamıya “əzilən xalq” obrazında tanıtmaq istəyən ermənilər dəfələrlə Azərbaycan xalqına qarşı ən vəhşi üsullarla soyqırımı törətmişlər. Təqribən iyirmi gün öncə ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı baş verdiyi məkan və zaman baxımından insanlığıın üz qarası adlandırılacaq, ermənilərin bir xalq kimi hansı keyfiyyətlərə, daha doğrusu, keyfiyyətsizliklərə malik olduqlarını göstərəcək ən dəhşətli bəşəri cinayətlərdən yalnız biridir. Bu baxımdan Xocalı hadisəsini ayrıca bir fakt kimi dünyaya tanıtmaqla yanaşı, bu faciəyə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı cinayətlərinin bir həlqəsi, bir mərhələsi kimi də yanaşmaq lazımdır. Ermənilərin türklərə, müsəlmanlara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi 1905 və 1918-ci illər qətliamları, soyqırımı hadisələri ilə başlayır, 1948-53-cü illərin zorakı deportasiyası və 1988-ci ildən başlayan proseslərlə, 1992-ci il Xocalı qətliamı ilə davam edir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlar arasında özünün kütləviliyi və yayılma miqyasına görə 1918-ci il 31 Mart soyqırımı ən dəhşətli hadisələrdən biri kimi tarixə düşüb. Əlbəttə, dünyanın bir çox xalqları müxtəlif dövrlərdə bu və digər dərəcədə qətliamlarla qarşılaşmaq acısını yaşayıblar. Lakin bu qətliamlar ya hansısa hakimiyyət tərəfindən siyasi məqsədlərlə törədilib, ya da böyük müharibələrin acı nəticələri kimi tarixə düşüb. Ancaq ermənilər dünyada bəlkə də yeganə xalqdırlar ki, azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərində sıravisindən tutmuş ən yüksək məqamlı şəxsinə qədər hər biri bu hadisələrdə bu digər formada iştirak ediblər. Bir sözlə, ermənilər soyqırımı cinayətlərində bir millət olaraq iştirak ediblər. Dünyada ikinci belə bir xalq yoxdur.
Bir xalqa qarşı əsrlər boyu davam edən nifrət siyasəti nəticəsində törədilən soyqırımı cinayətlərinə beynəlxalq ictimaiyyətin biganə yanaşması, eləcə də cinayətkarların ədalət mühakiməsinə cəlb edilməməsi cəzasızlıq sindromunun inkişafına, yeni bəşəri cinayətlərin törədilməsinə, insan hüquqlarının kütləvi pozuntularının geniş vüsət almasına gətirib çıxara bilər.
Biz dünya birliyini və beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımına səssiz qalmamağa, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq.
Mart soyqırımının həm geniş mənada ictimailəşməsi, həm də tarixşünaslığımızda daha ətraflı araşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. 1998-ci il martın 26-da imzaladığı Fərmanla Ulu öndər Heydər Əliyev mart hadisələrinin əsl tarixi qiymətini vermişdir. Adı çəkilən Fərmanla “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” kimi tarixiləşdirilmıiş, bütün dünyanın diqqəti bu faciəyə yönləndirilmişdir. Əlbəttə, 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti bu günləri “milli matəm günü” kimi qeyd etmişdir. Lakin qətliamın “soyqırımı” adlandırılması və bu faciəyə siyasi qiymətin verilməsi Ulu öndərin məlum Fərmanı ilə həyata keçirilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncam imzalanmışdır.
Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü Heydər Əliyev onilliyidir. Məhz bu dövrdə “müvəqqəti atəşkəs rejiminin” yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuş, dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar keçirilmiş, qlobal layihələrə imza atılmış, respublikamız tədricən dünya birliyinin sıralarında yer almış və sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdı.
Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.Bu 44 günün hər günü bizim şanlı tariximizdir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev demişdir, Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artiq yoxdur. 44 günlük bir müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atdı.
Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı.Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!
Azərbaycan bir daha həm ön cəbhədə, həm də informasiya müharibəsində apardığı cəsur mübarizəsi ilə birliyinin sarsılmaz və əbədi olduğunu sübut etdi. Bəli bugün böyük qürurla deyirik Qarabağ Azərbaycandır!
Zəfər Azərbaycanındır! çıxış etmişdir.
Sonra tədbirdə çıxış edən YAP Sabirabad təşkilatının fəal üzüvləri Afiq Ağayev və Ziyafət Eyvazova erməni vəhşiliklərindən və tarix boyu ermənilərin xalqımızın başına açdığı müsübətlərdən danışmışdırlar.
Allah şəhidlərimizə rəhmət eləsin!
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər