Mobil versiya
DİM otk.az portalına şagird və abituriyentlər üçün yeni sınaq imtahanları yerləşdirib
Tarix: 29-03-2021 | Saat: 12:07
Bölmə:Təhsil | çapa göndər

DİM otk.az portalına şagird və abituriyentlər üçün yeni sınaq imtahanları yerləşdirib

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış (qəbul) imtahanlarına hazırlaşan abituriyentlərə və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə imtahan modelinə uyğun onlayn sınaq imtahanları keçirir.

DİM-dən AİA.Az-a bildirilib ki, bu gündən etibarən portala Azərbaycan və rus bölmələri üzrə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı (I, II, III, IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi) modelinə uyğun yeni sınaq imtahanları əlavə olunub. Şagird və abituriyentlər bu imtahanlardan istifadə etməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər. Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”ın “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024