Mobil versiya
Daha 27 qazi Türkiyəyə göndərildi
Tarix: 29-03-2021 | Saat: 11:21
Bölmə:Manşet / Ölkə | çapa göndər

Daha 27 qazi Türkiyəyə göndərildi

Ağır yaralanan daha 27 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə AİA.Az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir", - məlumatda bildirilib.

Xatırladaq ki, daha əvvəl 24 qazi müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025