Mobil versiya
Əhliman Kərimov: “Ölkədə həyata keçirilən islahatlar bütün mütərəqqi siyasi qüvvələrin vahid platformaya keçidinə zəmin yaradıb”
Tarix: 19-03-2021 | Saat: 09:00
Bölmə:Ölkə | çapa göndər

Əhliman Kərimov: “Ölkədə həyata keçirilən islahatlar bütün mütərəqqi siyasi qüvvələrin vahid platformaya keçidinə zəmin yaradıb”

“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VII qurultayındakı çıxışında qeyd etdiyi kimi, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Vurğulamaq lazımdır ki, dövlət başçısı tərəfindən həyata keçirilən siyasi islahatlar nəticəsində artıq ölkədə müxtəlif siyasi qüvvələr arasında ortaq platformaya keçid meyilləri getdikcə güclənməkdədir. O cünlədən 6 müstəqil siyasi partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi də Azərbaycanda siyasi həmrəyliyin kifayət qədər güclü olduğuna dəlalət edir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi, YAP Kürdəmir rayon təşkilatı İdarə Heyətinin üzvü Əhliman Kərimov deyib.

Əməkdaşımızın suallarını cavablandıran Əhliman Kərimov ilk növbədə Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan cəmiyyətinin həyatında oynadığı aparıcı rolun əhəmiyyətini vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycan dövlətinin və cəmiyyətimizin həyatında Yeni Azərbaycan Partiyasının aparıcı rolu danılmazdır. O cümlədən partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən əsaslı siyasi islatlar kursuna YAP-ın verdiyi dəstək əlbəttə ki, böyük önəm kəsb edir. Bildiyiniz kimi, növbəti ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olacaq. 1992-ci ildə ölkənin ən mütərəqqi, vətənpərvər və fədakar insanlarının Ulu Öndər Heydər Əliyevin ətrafında birləşməsindən yaranmış və ümummilli liderimizin ideyaları əsasında böyüyərək inkişaf etmiş Yeni Azərbaycan Partiyası mövcud olduğu bütün dövr ərzində yalnız milli maraqlardan çıxış etmişdir. Partiyamızın fəaliyyət proqramları hər zaman azərbaycançılıq və dövlətçilik ideyalarının həyata keçirilməsi məqsədlərinə xidmət etmişdir. Bu gün də YAP ölkənin ictimai-siyasi həyatında sabitliyin saxlanması və müxtəlif qüvvələr arasında qarşılıqlı anlaşmanın təmin edilməsi prosesinə öz önəmli töhfələrini verir. Məhz bu baxımdan 6 siyasi partiyanın YAP-a birləşməsini ölkəmizdə siyasi qüvvələr arasında formalaşmaqda olan yeni, daha mütərəqqi və demokratik formatda münasibətlərin ilkin təzahürü kimi dəyərləndirmək lazımdır. Birmənalı qlaraq demək lazımdır ki, bu münasibətlərin formalaşması Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyta keçirilən siyasi islahatların yüksək effektivliyinin bir göstəricisidir.”

Daha sonra Əhliman Kərimov postmüharibə dövründə ölkəmizin qarşısında açılmış yeni inkişaf perspektivlərinin maksimum dəyərləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən təqdim olunan konsepsiyalara dəqiqliklə əməl olunmasının zəruriliyindən danışıb: “İlk növbədə qeyd etmək lazımdır ki, hər hansı bir potensialın reallaşdırılması kortəbii şəkildə həyata keçirilə bilməz. Burada mütləq şəkildə planlı və sistemli yanaşma tələb olunur. O cümlədən, bu gün Azərbaycanın işğaldan azad edilmiş əraziləri öz böyük potensialları ilə ölkənin ümumi iqtisadiyyatına reinteqrasiya olunmaq üçün hazırlıq mərhələsindədirlər. Aydındır ki, bu proses Azərbaycanın inkişafına böyük təkan verəcək. Lakin az öncə də qeyd etdiyim kimi, yaranmış imkanların reallaşdırılması düzgün istiqamətdə aparılmalıdır. Məhz bu baxımdan Ptrezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında təqdim olunan konsepsiyalar xüsusi əhəmiyyət kəsb edir. Məhz bu konsepsiyalar iqtisadi potensialın dogru dəyərləndirilməsini və reallaşdırılmasını təmin edərək, ölkəmizin iqtisadiyyatını daha dinamik inkişaf xəttinə yönləndirəcək. Bir mühüm məqamı da nəzərə almaq lazımdır ki, Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar bu gün Azərbaycanla yanaşı digər region ölkələri və qonşu dövlətlər üçün də geniş inkişaf perspektivləri açır. Dövlət başçımızın dediyi kimi, biz bu reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüslərilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Bu gün də yeni reallıqların münbit fonunda açılan imkanlardan bütün region dövlətləri və qonşu ölkələr öz iqtisadiyyatlarını daha da inkişaf etdirmək üçün yararlana bilərlər.”

Həmçinin Əhliman Kərimov YAP-ın VII qurultayında müzkirə olunan məsələlər sırasında xüsusilə Vətən müharibəsinin başlanmasını, gedişini və nəticələrini şərtləndirən proses və hadisələrin obyektiv təhlilinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VII qurultayındakı çıxışında dediyi kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olmuşdur. Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu qələbəsilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Hər birimiz şahidik ki, son 17 il ərzində dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarıda deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Əldə olunmuş tarixi qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi.”

Abbas Abbasov
Elburus Bağırov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025