Mobil versiya
“Ayda 40-50 cütlük sonsuzluğa görə müraciət edir” - Mehman Həmzəyev
Tarix: 18-03-2021 | Saat: 14:18
Bölmə:Səhiyyə | çapa göndər

“Ayda 40-50 cütlük sonsuzluğa görə müraciət edir” -

“Hər ay 40-50 cütlük sonsuzluqla əlaqədar xəstəxanamıza müraciət edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baku Medical Plaza xəstəxanasının “MediLux” filialının həkimi Mehman Həmzəyev deyib. Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyəti uzun illərdir - 1-15 ildir sonsuz olan, bəziləri hətta menapauza dövründə və kişi sonsuzluğu olan cütlüklərdir. Bunlar çətin faktorları olan, bir neçə süni mayalanma mərkəzində olan, nəticə ala bilməyib bizə müraciət edən xəstələrdir. Laboratoriyamızda çalışan embirioloqumuzun, eyni zamanda komandamızın peşəkarlığı sayəsində təxminən hər yüz xəstədən 60-62 faizi hamilə qalmaq şansı əldə edə bilir. Bu baxımdan rəqəmlərimiz ürəkaçandır. Diridoğma şansı təxminən 35-40 faiz xəstələrdə təsadüf edir. Onlara həm də 9 ay müddətində antenantal qulluq edirik. Burada bəzən lazım olanda endoskopik əməliyyatları da icra edirik.

Həmçinin şöbəmizin uroloqları tərəfindən boşalmasında sperma hüceyrələri olmayan xəstələrdə mikroskopik əməliyyatla testislərdən alınan toxumadan sperma alınması icra olunan Micro Tese əməliyyatl ilə əsas səbəbdən asılı olaraq azospermik xəstələrin % 40-60-dan sperma əldə edilə bilər.

Beləliklə, sonucda kişi faktoru olan, tubal faktoru olan, endemetrioloji xəstələrdə, əvvəllər cərrahi əməliyyata məruz qalıb övladı olmayan xəstələrdə sonsuzluq şansımız təxminən 55-60 faiz arasına çatıb ki, bu da qaneedici rəqəmdir. İstərdim vətəndaşlarımız bilsin ki, bizim komandamıza güvənmək olar”.

M.Həmzəyev onu da qeyd edib ki, süni mayalanma prosesi bir neçə mərhələdən ibarətdir. Qadınlarda aybaşının ikinci günündən etibarən başlayan bu prosesin bütün mərhələləri “MediLux”da reallaşdırılır: “Aybaşının 15-ci günündə süni mayalanma reallaşdırılır. Təxminən 10 gün sonra hamiləliyin olub-olmadığını bilmək üçün qan analizinə cəlb edirik. Eləcə də kişi sonsuzluğu ilə mübarizə aparırıq. Sevindirici haldır ki, aldığımız nəticələr demək olar ki, dünya standartlarına uyğundur. Hər kəsə müraciət edirəm, 3-5 il müddətində övladı olmayan cütlüklər xəstəxanamızın süni mayalanma mərkəzinə müraciət edə bilər. Uğurlu nəticələr əldə edib hər birinizi təbrik etməyə hazırıq”.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024