İnsanlara qayğı ATİAHİ Neftçala rayon təşkilatının fəaliyyətində əsas prioritetdir
Tarix: 17-03-2021 | Saat: 17:18
Bölmə:Təhsil | çapa göndər
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin fəaliyyəti təşkilat üzvlərinin hüquqlarının müdafiəsi və onlara göstərilən qayğının səviyyəsi baxımından yüksək qiymətləndirilir
Bu gün COVİD-19 pandemiyası ilə mübarizə mövzusu hələ də bütün dünya üçün ən aktual məsələlərdən biri olaraq qalmaqdadır. Sevindirici haldır ki, Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə ən az itki verən ölkələrin sırasında öncül mövqelərdə yer almışdır. Əlbəttə ki, bu nəticə başda Ölkə Prezidenti cənab İlham Əliyev olmaqla dövlətimiz tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin effektivliyi sayəsində əldə olunmuşdur. Həmçinin qürurverici bir hal olaraq belə bir məqamı da xüsusilə qeyd etmək olar ki, bu mübarizə şəraitində bütün Azərbaycan xalqı Ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına səs verərək, həqiqətən də möhtəşəm birlik nümayiş etdirməkdədir.
Məlum olduğu kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə ilk günlərdən, həm də ən aktiv şəkildə iştirak edir. Belə ki, AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə ümumilikdə 300 min manatdan artıq məbləğdə maddi yardım göstərilmişdir. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmiş, Fonda həmkarlar ittifaqları tərəfindən 477.760 manat vəsait köçürülmüşdür. Həmçinin AHİK-in üzv təşkilatları 900.748 manat öz sahələri üzrə aztəminatlı ailələrə maddi yardım və ərzaq yardımları göstərmişlər. Ümumilikdə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4 milyon 200 min manatdan çox vəsait xərclənmişdir.
Aydındır ki, pandemiya ilə mübarizədə AHİK-nın bu aktiv iştirakı həm də quruma üzv olan həmkarlar ittifaqlarının və onların rayon və bölgələrimizdə fəaliyyət göstərən komitələrinin səmərəli fəaliyyətləri ilə təmin edilir. Belə rayon təşkilatlarından biri də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Neftçala rayon komitəsidir. Qeyd edək ki, bu gün ATİAHİ Neftçala rayon komitəsinin xidmətində 1 metodmərkəz, 50 ümumi təhsil müəssisəsi və 1 məktəbdənkənar müəssisə vardır. Bu idarə və müəssisələrdə işləyənlərin hamısı həmkarlar ittifaqına üzvdürlər. Asudə Cəfərovanın rəhbərlik etdiyi bu komitənin fəaliyyətində diqqəti cəlb edən əsas məqamlardan biri də insanlara hər zaman diqqət və qayğının göstərilməsidir.
O cümlədən pandemiya dövründə komitə tərəfindən imkansız və yaşı 65 dən yuxarı olan ittifaq üzvlərinə könüllülər vasitəsilə köməkliklər göstərilmişdir. Belə ki, bu vaxta kimi çox sayda imkansız ailələrə ərzaq yardımları verilib, xəstə və maddi imkanı zəif olan ittifaq üzvlərinə pul yardımları bank hesablarına köçürülüb. Bundan əlavə koronovirus fonduna da pul köçürmələri edilib. İndiyədək bütün təhsil müəssələrində maarifləndirmə işləri təşkil olunub. Bundan başqa ATİAHİ Neftçala rayon komitəsi xəstəliyi və sağlamlığında yaranmış hər hansı problemlə əlaqədar müracıət edən ittifaq üzvlərini respublika komitəsinin köməkliyi ilə sanatoriya və istirahət evlərinə yollanışlarla təmin edir. Bu ay isə ittifaq üzvlərindən olan 60 nəfərə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub. Bunu da qeyd etmək lazımdır ki, son dövrlərdə Asudə Cəfərovanın rəhbərlik etdiyi bu qurum Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin ailələrinə də dəstək olmağa çalışır. Belə ki, bu yaxınlarda komitə tərəfindən iki belə ailəyə hər birinə 200 manat olmaqla maddi yardım göstərilib. Həmçinin ATİAHİ Neftçala rayon komitəsin ittifaq üzvlərinin sosial hüquqlarının qorunmasını təmin edilməsi istiqamətində də daima səmərəli iş aparır.
Göründüyü kimi, ATİAHİ Neftçala rayon komitəsinin fəaliyyəti Asudə Cəfərova tərəfindən düzgün istiqamətləndirildiyinə görə yuxarıda sadaladığımız məsələlərin həlli bu qurumun əməkdaşları üçün heç bir çətinlik törətmir. Biz də gələcək işlərində bu təşkilatın rəhbərliyinə və bütün kollektivinə yeni-yeni uğurlar diləyirik.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər