Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır
Tarix: 17-03-2021 | Saat: 13:44
Bölmə:Ölkə | çapa göndər
17 Mart 2021-ci il tarixdə YAP Samux rayon təşkilatında “Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır” mövzusunda videokonfrans keçirildi. Tədbirdə YAP Samux rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak etdi.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirdi ki, bu gün xalqımız tariximizin ən şərəfli və ən qürurlu günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Azərbaycan torpaqlarını erməni işğalçılarından azad edərək Qarabağda böyük zəfər çaldı. Torpaqlarımız erməni işğalından azad oldu. 2020-ci il 10 noyabr Azərbaycan tarixinə fəxarət və qürur yaşadan bir gün kimi daxil oldu. Böyük Vətən Müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı.G.Bayramov çıxışında vurguladı ki, bizim üçün sözün əsl mənasında xəyala çevrilmiş olan Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı erməni işğalından azad edildi. 300-dən artıq yaşayış məntəqəsi də azad edildi. Kəlbəcər, Laçın, Ağdam bu gün bir güllə belə atılmadan, şəhidlər vermədən azad edilməkdədir. Beləliklə, Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Ermənistan isə rəsmi şəkildə hərbi süquta imza atdı, tarixinin ən bədbəxt aqibətini yaşadı, dünyanın gözü qarşısında sarsıldı. Azərbaycan xalqının məqsədi Qarabağı işğaldan azad etmək idi, ona da nail oldu. Hərbi əməliyyatlarımız işğalın, işğalçının torpaqlarımızdan çıxararaq sülhə məcbur etmək məqsədi daşıyırdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu buna nail oldu.
Sonra tədbirdə YAP Samux rayon təşkilatının Şura üzvü Gülsəba Abbasova çıxış edərək qeyd etdi ki, qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşğu ilə qeyd etdiyi qələbəmizin baş qəhrəmanı Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük.
Daha sonra ərazi ilk partiya təşkilat sədrlərindən Məhsəti Xəlilova, Aytən Məmmədova, Bəsti Mahmudova və Elmir Qurbanov tədbirdə çıxış edərək qeyd etdilər ki, xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində işğal olunmuş və 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik. Bu qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazın sülh və firəvanlığı üçün də etibarlı zəmin yaratdı. Eyni zamanda, bu şanlı qələbədən sonra Azərbaycan tarixinin yeni mərhələsi başladı, Azərbaycan xalqı dünyada özünün dəyanəti, əyilməzliyi və ordusunun gücü ilə də tanındı. Biz Böyük Vətən Müharibəsində şəhidlər vermişik, yaralılarımız var. Allahdan onlara rəhmət və yaralılara şəfa diləyirik. Beləliklə, bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Ali Baş Komandanımıza!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-01-2025