Mobil versiya
Ötən gün Azərbaycanda 11 mindən çox şəxsə vaksin vurulub
Tarix: 17-03-2021 | Saat: 11:29
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Ötən gün Azərbaycanda 11 mindən çox şəxsə vaksin vurulub

Azərbaycanda bu günə kimi 458 mindən çox şəxs vaksinasiya olunub.

Bu barədə aia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında davam etdirilir:

"Martın 16-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 11,295 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 462,951 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024