YAP Samux rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət etmişlər - FOTOLAR
Tarix: 16-03-2021 | Saat: 17:44
Bölmə:Ölkə | çapa göndər

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə YAP Samux rayon təşkilatında silsilə tədbirlər keçirilir.
16 Mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının nümayəndələri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun müxtəlif kənd, qəsəbələrində yaşayan şəhid ailələrini və eləcə də Samux rayonunda məskunlaşmış Kəlbəcərdən məcburi köçkün düşmüş daha bir səhid ailəsini də ziyarət ediblər, onlara bayram sovqatları paylayıblar. Görüşdə iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb.Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğu bildirib.
Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Şəhid ailələri dövlətimizin göstərdiyi hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
aia.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-03-2025
15-03-2025
14-03-2025