Ölkəmizin müstəqilliyi, və ərazi bütövlüyü uğrunda şəhidlərimiz xalqımız tərəfindən onların ailələrinə diqqət və qayğı göstərildi
Tarix: 16-03-2021 | Saat: 17:13
Bölmə:Ölkə | çapa göndər

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Göygöldə də şəhid adının hər zaman uca tutulmasına, ailələrinin sosial problemlərinin vaxtında həll olunmasına və hər bir işdə dəstək göstərilməsi diqqət mərkəzindədir.
YAP Göygöl rayon təşkilatının və Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun təşəbbüsü ilə Göygöl rayonu üzrə şəhid ailələrinin sosial problemlərinin araşdırılması üçün mütəmadi olaraq şəhid ailəri ziyarət edilir, onların qayğıları ilə maraqlanır, vacib məslələrin aidiyyəti üzrə həll olunması üçün müvafiq köməklik göstərir.
Növbəti dəfə YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov, deputatın köməkçisi Namiq Məmmədov, Göygöl rayon Göyçəkənd kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Savalan Məhərrəmov və Göygöl rayon Dİ və İXİ Həmkarlar İttifaqı komitəsinin sədri Möhdəsim Səmədov rayonun Göyçəkənd kəndində şəhid Əliyev Teymur İman oğlunun ailəsi ilə görüşüblər. Görüş zamanı bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır!
Şəhidimizin ailəsi şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Sonra şəhidimizin keçdikləri döyüş yolundan, xatirlərindən söhbət açılıb. Şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə və mərdliyə malik olduğu vurğulanıb. Səmimi keçən söhbət zamanı şəhid ailəsini narahat edən problemlər qeyd olunub və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlər görüləcəyi bildirilib. Sonda bir daha vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən
şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.
aia.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-03-2025
15-03-2025
14-03-2025