Mobil versiya
"Mənim üçün kişi sevgini sözdə yox, əməldə göstərməlidir" - Sənubər İsgəndərli
Tarix: 15-03-2021 | Saat: 20:00
Bölmə:Şou-biznes | çapa göndər

"Mənim üçün kişi sevgini sözdə yox, əməldə göstərməlidir" - Sənubər İsgəndərli

Əməkdar artist Sənubər İsgəndərli "Kinomən" proqramının qonağı olub.

Aktrisa sevgidən, sənətdən bəhs edib. O, aparıcının "Yəqin minlərlə tərif eşitmisiz, nə vaxt inanmamağa başladınız? Nə vaxtdan göydəki ulduzları yerə endir kişilərə inanmırsız?" sualına belə cavab verib:

"O sözlərin hər zaman arxası boş olub. Həyat təcrübəsidir. Kişi söz yox, əməlində bilinər. Diqqəti, sevgini əməldə göstərməlidir. Boş-boş danışmaqla yox. Mənim həyatımda belədir".

S.İsgəndərli Azərbaycan filminin hazırki durumundan, Hollivud sevgisindən danışıb:

"İlk növbədə savadlı kadr lazımdır. İşıqçı, fəhlə belə kinonu sevən, can yandıran, başıçıxan olmalıdır. Rejissor filmi yuxuda görüb çəkməlidir. Onda biz nəyəsə qadir ola bilərik. Biz itirmişik nəsilik. 1980-ci illərin sonu gəldik sənətə, 1990-cı ildən kinostudiya üzüstə qaldı. Xaricdə gedib oxuyanlar burada heç nə edə bilmədi. Balaca dirçəlirdik ki, yaşlandıq. Gənc kadrlar isə yetişmədi. 15-20 il itdi getdi. "Şərikli çörəyi", "Bir Cənub şəhəri"ni də biz çəkmişik. Necə sonra bunlar olmadı? İndi bir az hərəkət var. Yəqin ki, 20 ilə Hollivudun qırmızı xalçasında bizdən kimsə olar".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024