Rəşad Həsənov: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə vətənpərvər nəsil yetişib”
Tarix: 15-03-2021 | Saat: 18:12
Bölmə:Manşet / Təhsil | çapa göndər
“Bu gün ölkədə həyta keçirilən siyasi islahatlar cəmiyyətimizin həyatında ciddi müsbət dəyişikliklərə səbəb olur. Bu bir daha göstərir ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş islahatlar kursu son dərəcə doğrudur və bu islahatların davam etdirilməsi vacibdir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Astara Rayon Təhsil Şöbəsinin müdiri, YAP Astara rayon təşkilatının İdarə Heyətinin üzvü Rəşad Həsənov deyib.
Öz açıqlamasında Rəşad Həsənov xüsusi olaraq vurğulayıb ki, müharibədən sonrakı dövrdə də ölkədə milli birlik və həmrəylik mühitinin qorunub saxlanması və daha da gücləndirilməsi baxımından siyasi qüvvələr arasında dialoqun inkişafı mühüm əhəmiyyət kəsb edir: “Məlum olduğu kimi, 2020-ci ilin fevral ayında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra ölkəmiz yeni siyasi islahatlar mərhələsinə qədəm qoydu. İlk növbədə bu parlament seçkiləri ölkəmizdə demokratiya istiqamətində atılmış növbəti ciddi addım oldu. Belə ki, ilk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eləcə də parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin ölkə idarəçiliyinə gətirdiyi yeni siyasi mədəniyyətin təzahürü, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım idi. Həmçinin keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Beləliklə də müharibə ərəfəsində artıq ölkəmizdə yeni, müsbət siyasi tendensiyalar yarandı. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir. Təqdirəlayiq haldır ki, müharibədən sonrakı dövrdə də ölkədə siyasi dialoq mühiti genişlənir və hazırda bütün siyasi qüvvələr bu dialoqda aktiv şəkildə iştirak edirlər. Birmənalı olaraq demək olar ki, ölkədə siyasi qüvvələr arasında sağlam dialoqun qurulmasına xidmət edən mütərəqqi siyasi islahatların keçirilməsi əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına şərait yaratdı. Bu baxımdan 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi və bu barədə partiyanın VII qurultayında müvafiq qərarın qəbul edilməsi də Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasının bariz nümunəsidir. Eyni zamanda da bu siyasi inteqrasiya birbaşa dövlətimizə və hakim partiyaya olan etmad və inamın bariz göstəricisidir. Heç bir şübhə yoxdur ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş islahatlar kursu son dərəcə doğrudur və bu islahatların bundan sonra da davam etdirilməsi olduqca vacibdir.”
Daha sonra Rəşad Həsənov qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizi şərtləndirən amillərdən biri də ölkədə son 17 ildə yetişmiş vətənpərvər gənc nəslin olmasıdır: “Məlumdur ki, istənilən müharibədən tərəflərdən birinin qələbəsini təmin edən əsas faktorlardan biri məhz güclü ordudur. Ordunun isə gücü həm müasir silah və texnologiyalarla, həm də canlı qüvvəni təşkil edən əsgər və zabit heyətinin hazırlıq səviyyəsilə müəyyən edilir. Aydındır ki, bu məqamda hərbi heyətin mənəvi-psixoloji durumu da böyük rol oynayır. Bu gün Azərbaycan Ordusunda, ümumiyyətlə Azərbaycan gəncliyində hökm sürən vətənpərvərlik ruhu bəlkə də indiyədək görünməmiş dərəcədə yüksək səviyyədədir. 2003-cü ildən bəri Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük bir hazırlıq yolu keçdi. O cümlədən, dövlət başçımızın da qeyd etdiyi kimi, bütün bu işlərdə məhz mənəvi hazırlıq həlledici rol oynamışdır. Son 17 ildə Azərbaycanda yeni ruhlu gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Bilirik ki, birbaşa döyüşlərdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə Prezident İlham Əliyev hakimiyyətə gələndə uşaq idilər. Məhz həmin uşaqlar bu gün artıq böyüyüb vətənpərvərlik və fədakarlıq göstərərək şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Bu isə bir daha ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurundan xəbər verir. Lakin əlbəttə ki, gənclərimizin tarixi missiyası torpaqlarımızı işğaldan azad etməklə başa çatmır. Əksinə, Vətən müharibəsində əldə olunmuş şanlı Qələbəmiz sayəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar Azərbaycan gəncliyinin də qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Ölkəmizin, dövlətimizin bundan sonra inkişaf edərək daha qüdrətli olması da məhz vətənpər ruhda yetişmiş gənc nəslin fədakar fəaliyyətilə təmin ediləcək.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər