Mobil versiya
Paşa Muradov: “Siyasi partiyaların konsolidasiyası həyata keçirilən islahatların yüksək effektivliyindən xəbər verir”
Tarix: 15-03-2021 | Saat: 12:55
Bölmə:Gündəm | çapa göndər

Paşa Muradov: “Siyasi partiyaların konsolidasiyası həyata keçirilən islahatların yüksək effektivliyindən xəbər verir”

“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyta keçirilən siyasi islahatlar ölkənin ictimai-siyasi həyatında daha dəyərli meyarlar əsasında tənzimlənəcək yeni münasibətlərin formalaşması üçün əlverişli zəmin yaradıb. 6 siyasi partiyanın YAP-a birləşmək istəyi və partiyanın VII qurultayında bu birləşmənin həyata keçirilməsinə dair qərarın qəbul edilməsi də məhz yeni, daha mütərəqqi və demokratik formatda münasibətlərin ilkin təzahürləridir.” Bu sözləri saytımız verdiyi müsahibəsində YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin üzvü Paşa Muradov deyib.

Əməkdaşımızın suallarını cavablandırarkən müsahibimiz ilk növbədə belə bir məqamı vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyətinin həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası əslində ölkədə mövcud olan ictimai-siyasi formasiyanın kiçik bir modelini özündə təcəssüm etdirir: “Bu gün Azərbaycan dövlətinin və cəmiyyətimizin həyatında Yeni Azərbaycan Partiyasının aparıcı rolu danılmazdır. O cümlədən partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən əsaslı siyasi islatlar kursuna YAP-ın verdiyi dəstək əlbəttə ki, böyük önəm kəsb edir. Təkcə 2019-cu ilin noyabr ayında partiyanın parlament fraksiyası tərəfindən Milli Məclisin buraxılması təklifi ilə dövlət başçısına müraciət olunması Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin keyfiyyətcə tamamilə yeni, daha konstuktiv bir formatda qurulması işinə böyük töhfə oldu. Həmçinin bu gün ölkədə artıq əsaslı şəkildə formalaşmış və getdikcə dərinləşən siyasi dialoq mühitinin daha geniş əhatə dairəsinə malik olması baxımından da partiyamızın fəaliyyəti həlledici faktorlardan biri kimi qiymətləndirilməlidir. Bildiyiniz kimi, növbəti ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olacaq. 1992-ci ildə ölkənin ən mütərəqqi, vətənpərvər və fədakar insanlarının Ulu Öndər Heydər Əliyevin parlaq ziyası ətrafında birləşməsindən yaranmış və Onun ölməz ideyaları əsasında böyümüş, möhkəmlənmiş və inkişaf etmiş Yeni Azərbaycan Partiyası mövcud olduğu bütün dövr ərzində yalnız ümummilli maraqlardan çıxış etmiş, öz fəaliyyət proqramlarını da hər zaman məhz azərbaycançılıq və dövlətçilik ideyalarının həyata keçirilməsi məqsədlərinə yönəltmişdir. Mən bir məqama xüsusilə diqqət çəkmək istərdim ki, bu gün hakim Yeni Azərbaycan Partiyası əslində bir çox məqamlarla ölkəmizdə mövcud olan ictimai-siyasi formasiyanın, cəmiyyətin özünün kiçik bir modelini xatırladır. Belə ki, hazırda YAP öz sıralarında ən müxtəlif millətlərin nümayəndələrini, fərqli dini mənsubiyyətə malik olan insanları, müxtəlif sosial təbəqlərəin təmsilçilərini birləşdirib. Məgər bunun özü polietnik Azərbaycanda hökm sürən tolerantlığın və multikulturalizmin bir təzahürü deyilmi? Yeri gəlmişkən, məhz elə bu göstəricinin özü YAP-ın ölkənin ictimai-siyasi həyatında sabitliyin saxlanması və müxtəlif qüvvələr arasında qarşılıqlı anlaşmanın təmin edilməsi prosesində vacib rolunu əsaslandıran mühüm amillərdən biridir. Məhz bu baxımdan 6 siyasi partiyanın YAP-a birləşmək istəyini və partiyanın VII qurultayında bu birləşmənin həyata keçirilməsinə dair qərarın qəbul edilməsini ölkəmizdə siyasi qüvvələr arasında formalaşmaqda olan yeni, daha mütərəqqi və demokratik formatda münasibətlərin ilkin təzahürlərindən biri kimi qiymətləndirmək olar. Öz növbəsində bu münasibətlərin formalaşması da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyta keçirilən siyasi islahatların yüksək effektivliyindən xəbər verir.”

Daha sonra Paşa Muradov postmüharibə dövründə ölkəmizin qarşısında açılmış yeni inkişaf perspektivləri və onların maksimum dəyərləndirilməsi yolları barədə fikirlərini bizimlə paylaşaraq bunları deyib: “İlk növbədə qeyd etmək lazımdır ki, ölkəmizdə xüsusilə son 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və məhz bu kontekstdən çıxış edərək öz ərazi bütövlüyünü bərpa etməsinə səbəb olmuşdur. Bütün bu müddət ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici və daxili siyasətin nəticəsi olaraq ölkədə ictimai-siyasi sabitlik əldə olunmuş, iqtisadi təhlükəsizlik mühiti formalaşmışdır. Bu amillər və eləcə də davamlı iqtisadi inkişaf faktoru ölkəmizə xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaratmışdır. Artıq bundan sonrakı dövrdə isə işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası sayəsində Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açılır. Nəzərə almaq lazımdır ki, bu reinteqrasiyanın mahiyyətində həm işğaldan azad edilmiş ərazilərin daxili iqtisadi potensialı, həm də yeni qurulacaq beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanları durur. Təbii ki, bütün bu imkanların reallaşdırılması Azərbaycanın inkişafına böyük təkan verəcək. Lakin istənilən potensial yalnız o zaman fayda verir ki, onun reallaşdırılması düzgün istiqamətdə aparılır. Məhz bu baxımdan Ptrezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında təqdim olunan əsas konsepsiyalar xüsusi əhəmiyyət kəsb edir. Bu konsepsiyalar iqtisadi potensialın dogru dəyərləndirilməsini və reallaşdırılmasını nəzərdə tutaraq, ölkəmizin dinamik inkişaf xəttinə malik olmasına yol açır. Bir mühüm məqamı da nəzərə almaq lazımdır ki, Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar bu gün Azərbaycanla yanaşı digər region ölkələri və qonşu dövlətlər üçün də geniş inkişaf perspektivləri açır. Dövlət başçımızın dediyi kimi, biz bu reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüslərilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Bu gün də yeni reallıqların münbit fonunda açılan imkanlardan bütün region dövlətləri və qonşu ölkələr öz iqtisadiyyatlarını daha da inkişaf etdirmək üçün yararlana bilərlər. Bu isə əlbəttə ki, ölkəmizin sadəcə regionda deyil, ümumilikdə Avrasiya məkanında mövqelərinin daha da güclənməsi və beynəlxalq nüfuzunun daha da yüksəlməsi deməkdir.”

Abbas Abbasov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024