İnfeksionist həyəcan təbili çaldı: “Dünənki rəqəmlər ciddi siqnaldır”
Tarix: 12-03-2021 | Saat: 12:01
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Son həftələrdə insanların bir az arxayınlaşması, koronavirusu yaddan çıxarması, ali təhsil müəssisələrinin, məktəblərin açılması, ictimai nəqliyyatda, ictimai-iaşə obyektlərində sıxlığın olması gündəlik yoluxma saylarında artıma səbəb olub.
Azvision.az xəbər verir ki, bunu həkim-infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, sərt karantin tədbirlərinin olmaması üçün insanlar qaydalara əmək etməli və vaksinasiya olunmalıdır.
"Mart ayı bayramlar ayıdır. İlk bayramı xanımlar qeyd etdi. Paytaxtda 8 mart günü insanların sıxlığı müşahidə edildi, ara məsafəsi gözləmək, maska taxmaq yaddan çıxmışdı. Bunların nəticəsidir ki, biz 600-dən yüksək rəqəmləri gördük. Yoluxma sayında artımlar bu templə davam edərsə, növbəti həftələrdə dördrəqəmli statistikanı müşahidə edə bilərik.
Novruz bayramı və 9 gün qeyri-iş günlərində insanların bir-birilərini qonaq getməsi yoluxma sayını artıra bilər. Burada əsas amil insan faktordur. İnsanlar təmasda olmasa, zəncir qırıla bilər. Sosial şəbəkələrdə də biz bunu görürük ki, insanlar məclislər təşkil edir, toy edirlər. Bunlar yoluxma sayının artımına səbəb olur. Bayramdan sonra sərt karantin dövründə yaşamaq istəmiriksə, indidən düşünməli və bayram günlərində təmasları azaltmalıyıq".
Həkim-infeksionist sərt karantin tədbirlərinin hazırda dünyanın əksər ölkələrində tətbiq olunduğunu vurğulayıb.
"Sərt karantin tədbirlərini biz həkimlər də istəmərik, insanlarımız da istəmir. Tək bizim ölkəmizdə deyil. Dünyanın 300-dən artıq ölkəsi sərt karantində rejimində yaşayır. Bir gündə 500-dən artıq yoluxma baş verirsə, bu, bir ayda minimum 15000 yoluxma deməkdir. Onların 3-5 minin xəstəxanaya yerləşdirilməsi tibb müəssisələrinin, təcili tibbi yardımın, laboratoriyaların yüklənməsinə, əlavə həkimlərin işə cəlb edilməsinə gətirib çıxara bilər. Bunun üçün rəqəmlərə baxıb keçməməliyik, dünənki rəqəm artıq bir siqnaldır. Bu, artıq yaxın həftələrdə 1000-dən çox olacağına işarə edir".
V.Cavadzadə qeyd edib ki, bayramdan sonra artım müşahidə edilərsə, yoluxma sayının yenidən ikirəqəmli olması üçün minimum 2 ay vaxt lazımdır, bu da yay aylarında düşür.
"Dövlət və müvafiq qurumlar lazımi tədbirlər görüb, məsuliyyət vətəndaşların üzərinə düşür. Bu gün paytaxtda müşahidə edirik ki, insanların çoxu maskasız gəzir. Sərtləşməyə getmək istəmiriksə, bunları əvvəlcədən düşünmək lazımdır"
Ölkəmizdə Britaniya ştammının müşahidə edilmədiyini deyən həkim hesab edir ki, insanların bayram günlərində xarici ölkələrə səfər etməsi yeni ştammların ölkəmizə gəlməsinə səbəb ola bilər.
"Britaniyada yeni ştamm yayılarkən insanlar qorxu keçirdilər və hətta şəhəri tərk edənlər oldu. Lakin yoluxanların sayının artması ümumi ölüm saylarında təsir etmədi. İnsanların bayram günlərində xarici ölkələrə səfər etməsi yeni ştammların gəlməsinə səbəb ola bilər. Bu isə yoluxanların artmasına, tibb müəssisələrinin yüklənməsinə gətirib çıxara, insanlar arasında ajiotaj yarada bilər".
Bundan əlavə, V.Cavadzadə ölkəmizə kifayət qədər vaksin gətirildiyini vurğulayıb.
"Ölkəmizdə vaksinasiya prosesi könüllü olduğu üçün insanlar prosesə ləng yanaşır. Ümumi əhalinin 4,5 faizi vaksinasiyaya cəlb olunub. İsraildə insanların yarıdan çoxu vaksinasiyada iştirak edib. Pandemiyadan tez zamanda çıxmaq üçün vaksinasiya vacibdir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər