Mobil versiya
Respublika fənn olimpiadalarının yarımfinal turu başa çatıb
Tarix: 11-03-2021 | Saat: 16:33
Bölmə:Təhsil | çapa göndər

Respublika fənn olimpiadalarının yarımfinal turu başa çatıb

İnformatika, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, informatika üzrə olimpiada ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 şagird iştirak edib. Olimpiadada şagirdlərə həll etmək üçün 5 alqoritmik məsələ təqdim edilib.

Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə respublika fənn olimpiadalarının yarımfinal turu isə Bakı şəhərində 12, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 22 mərkəz olmaqla ümumilikdə 35 mərkəzdə təşkil edilib.

Yarımfinal turunun nəticələrinə əsasən finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək. Qaydalara görə, hər bir fənn üzrə aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə isə 48 şagird final turunda iştirak edəcək.

Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024