Mobil versiya
Məktəblilər arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək
Tarix: 11-03-2021 | Saat: 16:24
Bölmə:Təhsil | çapa göndər

Məktəblilər arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək

Ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.

Müsabiqə “Heydər Əliyev və Qarabağ” başlığı altında müəyyən olunmuş mövzular əsasında təşkil ediləcək. Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə videoformatda təşkil ediləcək.

“Ən yaxşı təqdimat” müsabiqəsinin ilk mərhələsi martda rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024